Azərbaycanda yenə zəlzələ oldu
Bizi izləyin

Hadisə

Azərbaycanda yenə zəlzələ oldu

Azərbaycanda maqnitudası 3,5 olan zəlzələ qeydə alınıb.

Publika.az AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, zəlzələ bu gün saat 20:43:42-də, Bərdədən 8 km cənub-qərbdə qeydə alınıb.

Ocağı 24 km dərinlikdə qeydə alınan zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Yeraltı təkanlar Ağdam rayonunda da hiss olunub.

Xatırladaq ki, ötən gün axşam Bərdə və Ağdam rayonları ərazisində baş vermiş zəlzələ nəticəsində Ağdamda 2, Tərtərdə 2 yaşayış evi tamamilə uçub. Onlarla evə ciddi zərər dəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm