FHN 9 ayın HESABATINI AÇIQLADI
Bizi izləyin

Hadisə

FHN 9 ayın HESABATINI AÇIQLADI

2017-ci ilin 9 ayı ərzində Azərbaycan respublikası ərazisində 11611 təbii və texnogen mənşəli hadisə baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, baş verən təbii və texnogen mənşəli hadisələr nəticəsində 56 nəfər həlak olub, 257 nəfər xəsarət alıb.

Hadisələr zamanı FHN-nin xilasediciləri 95 nəfəri xilas edib, 925 nəfər isə təxliyə edilib.

Eyni zamanda, 2017-ci ilin 9 ayı ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 11433 çıxış edilib. Onlardan 1873-ü çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə, 7337-i açıq sahələrdə, 8-i meşə və meşə talalarında, 261-i nəqliyyat vasitələrində, 1954-ü isə digər hadisələr zamanı baş verən yanğınlar zamanı qeydə alınıb.

Yanğın hadisələri zamanı 39 nəfər həlak olub, 165 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 10 nəfər , xəsarət alanlar üzrə 45 nəfər çoxdur.

Həmçinin, 2017-ci ilin 9 ayı ərzində respublika ərazisində 59 partlayış hadisəsi baş verib. Bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 17 hadisə çoxdur. Partlayışlar zamanı 13 nəfər həlak olub, 71 nəfər xəsarət alıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm