Hadisə
İrəvanda olan turist “çay pulu”nu Azərbaycan qəpiyi ilə ödədi
Ermənistanın paytaxtı İrəvanda kafelərdən birində qəribə hadisə baş verib.
Teleqraf.com “Hraparak” qəzetinə istinadla xəbər verir ki, özünü amerikalı kimi təqdim edən müştəri ofisianta Azərbaycan məzənnəsi ilə “çay pulu” verib. Pivə içən turist ona qulluq edən ofisianta hesabdan əlavə 5 qəpik verərək kafeni tərk edib.
Ofisiant pulun Azərbaycan qəpiyi olduğunu öyrənəndən sonra müştərinin əyləşdiyi masaya yaxınlaşıb və onun üzərində latınca yazılan siqaret qutusunu unutduğunu görüb. Ofisiant bir neçə gündür kafeyə gələn və həmişə eyni masada əyləşərək kağız üzərində latınca qeydlər aparan müştəridən haralı və hansı peşənin sahibi olduğunu soruşduğunu bildirib. Onun sözlərinə görə, müştəri isə cavabında amerikalı müəllim olduğunu deyib.
Kafedə çalışanlar müştərinin 5 qəpik verdiyini biləndən sonra onun fotoşəklini çəksələr də, sözügedən şəxsin üzü fotokameraya düşməyib.
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?