Masallıda 8 otaqlı ev yandı
Bizi izləyin

Hadisə

Masallıda 8 otaqlı ev yandı

Masallı rayonunda ikimərtəbəli yaşayış evi yanıb.

APA-nın məlumatına görə, hadisə rayonun Mahmudavar kəndi ərazisində qeydə alınıb. Yanğın zamanı kənd sakini Əcəbnisə Cəbrayılqızı Qasımovaya məxsus 8 otaqlı, 280 kvadrat metrlik evin 160 kvadrat metrlik hissəsi içindəki əşyalar ilə birgə yanaraq kül olub.

Evin qalan hissəsi hadisə yerinə çağırılmış yanğın bölmələri tərəfİndən söndürülüb.

Hazırda yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm