DİN bankdan oğurluq etmək istəyən yeniyetmənin görüntüsünü yaydı - FOTO
Bizi izləyin

Hadisə

DİN bankdan oğurluq etmək istəyən yeniyetmənin görüntüsünü yaydı - FOTO

Daxili İşlər Nazirliyi Nəsimi rayonunda banklardan birinin filialına basqın edən yeniyetmənin fotosunu yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, gecə saatlarında Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan bankın filialından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. İdarənin əməkdaşları dərhal operativ reaksiya göstərərək hadisə yerinə çıxıb və bankın giriş qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərən şəxs hadisə yerində saxlanılaraq aidiyyəti üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə təhvil verilib.

Şöbədə şəxsiyyəti müəyyənləşdirilən zaman onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhməd Zeynalov olduğu müəyyən edilib. Onun əlindəki idman çantasına baxış keçirilərkən müxtəlif ölçüdə olan küt alətlər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qeyd edək ki, saxlanılan şəxsin banka hücumu və qapını sındıraraq oğurluq etmək məqsədi ilə içəri daxil olmaq cəhdi obyektin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Göstərilən faktla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm