Sumqayıtda partlayış: 5 yaralı - FOTOLAR
Bizi izləyin

Hadisə

Sumqayıtda partlayış: 5 yaralı - FOTOLAR

Sumqayıtda Sülh küçəsisndə yerləşən yaşayış binasında partlayış olub.

Sumqayıt Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Publika.az-a verilən məlumata görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Hadisə nəticəsində bir ailənin üzvləri - ana, ata, iki uşaq və nənə yanıq xəsarəti alıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra Bakıda Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər. Xəstəxanaya yerləşdirəndə nənənin vəziyyəti ağır, uşaqlardan birinin vəziyyəti yüngül, digərlərinin vəziyyəti isə orta ağır olub.

Partlayışın qaz sızmasından baş verdiyi ehtimal edilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm