Hadisə
Lenini döyən azərbaycanlı danışdı - VİDEO, FOTO
Dünyanın ən qəddar diktatorunu tapmaq o qədər də asan
olmadı. Kreml sarayı ətrafında qaşılaşdığımız bir neçə Stalin
Lenini döyənin onlar olmadığını deyirdilər.
Anatoliy Tokar (Stalinə bənzəyən artist) bildirir ki, Leninlə onun
arasında heç bir münaqişə olmayıb: "Onu döyən azərbaycanlıdır.
Bilmirəm nəyə görə dalaşıblar. Ancaq hər halda pul məsələsidir,
bölüşə bilməyiblər".
Əslən gürcüstanlı olan Lətif Vəliyəv adlı bu həmyerlimizi isə
dostları Lenin və Stalinlə birlikdə pul sayarkən Qızıl Meydan
yaxınlığındakı Nikolskaya küçəsində tapdıq. İlk öncə azərbaycanlı
olduğunu qəbul etməyən Stalin bir müddət sonra Zəlimxan Yaqubun
şeirlərini əzbər oxuması Lenini döyən həmvətənimizin məhz o
olduğunu ələ verdi.
Vətəndaşları onunla şəkil çəkdirmələri üçün razı salmaqda usta olan
həmvətənimiz onun haqqında mətbuatda çıxan xəbərlərin isə uydurma
olduğunu iddia etdi.
Lətif Vəliyev - Stalinə bənzəyən həmvətənimiz, qəzetdə onun
haqqında çixan məlumata baxaraq Azərbaycanca danışır.
"Qardaş mən baxdım bu qazetə. Bunlar yalandır, xırda nöqsanları
böyüdüblər. Olmamış işlərdir. İnanmayın belə şeylərə. Yalandır
hamısı. Mən bu işi eləməmişəm, olmayıb".
Stalinin döydüyü deyilən və əsil adı İqor Qorbunov olan Leninini
isə Qızıl meydan ətrafında tapa bilmədik. Döyüldüyü barədə polisə
verdiyi şikayət ərizəsini geri götürən Lenin həmvətənimizdən yediyi
yumruqların təsirindən olsa gərək bir daha buralarda görünməməyə
qərar verib. Putinin isə bu münaqişəyə münasibəti
özünəməxsusdur.
İqor Xordin (Putinə bənzəyən artist): "Bu hadisə haqqında mənə
məlumat verildi. Söz verirəm ki, bu ətraflı araşdırılacaq. Biz
ümumiyyətlə bütün münaqişələrin sülh yoluyla həllindən yanayıq.
Burada münaqişə olmamalıdır. Hər şey razılaşdırılmalı və məsələ
yerindəcə həll edilməlidir".
Xatırladaq ki, 21 iyun tarixində baş verın hadisədə azərbaycanlı
"Stalin" "Lenin"i başqa bir "Stalin"lə işləməyə qərar verdiyi üçün
əlindəki çətirlə üç dəfə kürəyindən vurmuş və "Lenin" də polisə
şikayət ərizəsi yazmışdı. Digər "Stalinlər"dən bunu da öyrəndik ki,
daha öncə iki dəfə Rusiyadan deportasiya olunan həmvətənimiz
Moskvada qanunsuz işləyir. Döyülən "Lenin" isə bir neçə dəfə
xuliqanlıq səbəbindən məsuliyyətə cəlb olunub.
"Vladimir Putin" mübahisəli məsələni araşdırır.
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO