Hadisə
PKK Naxçıvan yolunda TIR yandırdı - FOTOLAR
PKK Naxçıvanla sərhəddə qorxu dolu anların yaşanmasına səbəb olub.
ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə,
hadisə İğdırın Karakoyun rayonan bağlı olan Taşburun bələdiyyəsində
baş verib.
İftar vaxtı bir qrup terror təşkiları üzvü İğdırdan Naxçıvana
sərhəd keçid məntəqəsi olan Dilucu sərhəd keçid məntəqəsinə gedən
yolu kəsib. PKK üzvləri yoldan keçən TIR-ı saxlayıblar. Onlar
sürücünü maşından düşürdükdən sonra avtomobilə od vurublar.
Daha sonra onlar eyni yoldan keçən qara rəngli avtobusa minərək
hadisə yerindən qaçıblar.
Yanan maşının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürənlər
çağırılıb. Alov söndürüləndən sonra TIR istifadəsiz hala düşüb.
Yanğına görə magistral yol bir müddət bağlı qalıb.
PKK-çıların yaxalanması üçün təhlükəsizlik qüvvələri əməliyyata
başlayıblar. Şahidlərin sözlərinə görə, qara maskalı terrorçular
maşını yandırarkən havaya atəş də açıblar.
Yanan maşın dəmir yığınına dönüb
Qeyd edək ki, terror təşkilatı olan PKK müntəzəm olaraq Türkiyədə bənzər hadisələrə əl atır. Belə ki, terrorçular ölkədə stabilliy pozmaq üçün aksiyalar keçirir, hərbçilərə hücumlar təşkil edirlər. 1978-ci ildə Abdullah Ocalan Türkiyənin daxilində müstəqil dövlət qurulmasına çalışan PKK-nı yaradıb. O, illər öncə Türkiyə hökuməti tərəfindən həbs edilib. 1990-cı illərdə PKK müstəqillik tələbindən geri çəkildiyini deyib, əvəzində mədəni və siyasi muxtariyyətə çağırıb, lakin eyni zamanda mübarizəni də davam etdirib.
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi