Hadisə
Tovuzda bir ailənin 3 üzvü bıçaqlandı
Tovuz rayonunda bir ailənin üç üzvü bıçaqlanıb. Hadisə
rayonun Yuxarı Öysüzlü kəndində baş verib.
Tovuz rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə,
dünən axşam saatlarında Tovuz Mərkəzi Xəstəxanasından polis
şöbəsinə, ikisi bıçaq xəsarəti alan üç nəfərin gətirilidiyi barədə
məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları xəsarət
alanların 1970-ci il təvəllüdlü Yuxarı Öysüzlü kənd sakini Əhmədov
Fariz Səfər oğlu, onun qardaşı Əhmədov Sabir Səfər oğlu və oğlu
1998-ci il təvəllüdlü Əhmədov Elnur Fariz oğlu olduğu
müəyyənləşib.
Şöbədən onu da bildirdilər ki, hadisəyə səbəb Röyal Mehdioğlunun
və Elnur Əhmədovun günorta saatlarında Yuxarı Öysüzlü kəndində
keçirilən toyda spirtli içki qəbul etməsi olub. Sərxoş halda olan
hər iki şəxs toydan çıxarkən aralarında mübahisə yaranıb. Bu zaman
Röyal Elnurun üzünə yumruq zərbəsi endirib. Hadisə yerinə Fariz
Əhmədov gəlib və ortalığı sakitləşdirməyə çalışıb. Elə bu zaman
Röyal onun qarın nahiyəsinə bıçaq zərbəsi endirib. Mübahisəni görən
üçüncü şəxs, Sabir isə Röyalın əlindən bıçağı almaq istəyərkən
bıçaq onun əlini kəsib. Hadisəni törədən şəxs isə ərazidən
uzaqlaşıb.
Yaralılar dərhal Tovuz Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Onlardan ikisinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Farizin vəziyyəti ağır olduğu üçün onu Gəncə şəhər Təcili Tibbi
Yardım xəstəxanasına gətiriblər.
Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından ANS PRESS-ə
verilən məlumata görə F. Əhmədov xəstəxanaya daxil olan kimi
üzərində cərarhiyyə əməliyyatı aparılıb.Onun diaqnozu qarın
nahiyəsinin kəsilmiş- deşilmiş yarası olub. Hazırda onun vəziyyəti
ağırdır.
Faktla bağlı Tovuz rayon Polis şöbəsində Röyal Mehdioğlunun tutulub istintaqa cəlb edilməsi ilə bağlı araşdırma aparılır.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR