Hadisə
Bakıda şagird ustasını lüt qoydu - VİDEO
Paytaxtın Nərimanov rayonu Fətəlixan Xoyski 136
ünvanında yerləşən dərzi salonunda oğurluq hadisəsi baş
verib.
ANS TV-nin məlumatına görə, hadisə vətəndaş Qismət Abdullayevin
kirayə götürdüyü obyektdə qeydə alınıb. Gəzmək üçün iki günlük Ucar
rayonuna getməli olan dərzi sexinə bir işçi götürmək istəyib ki,
onun işini axsatmasın. Ancaq Qismətin qismətinə elə işçi çıxıb ki,
onun bütün planlarını alt- üst edib.
Yaxınlıqdakı obyekt işçilərinin dediyinə görə, oğurluq hadisəsini
törədən Cavanşir adlı şəxs hadisədən bir gün öncə dərzi salonundan
lazımi avadanlıqları bayıra çıxardıb.
Zərərçəkən Qismət Abdullayev deyir ki, onun dükanından malların
bayıra çıxarılmasını yaxınlıqdakı insanlar görüb.
Qismət Abdullayevin başına gələn bu oğurluq əməlini Nərimanov Rayon
Polis İdarəsinin istintaqçıları araşdırır. Hazırda dərzini
çörəyindən və peşəsindən edən Cavanşir adlı şəxsin saxlanılması
istiqamətində iş aparılır.
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?