Hadisə
Bakıda polis kapitanı bıçaqlandı
Kikboksinq üzrə 4 qat dünya çempionu, polis kapitanı
Kamil Şərifov bu gecə Bakıda bıçaqlanıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Kamil Şərifovun yaxın
dostu, məşqçi Kamil Zeynallı öz “İnstagram” səhifəsində bildirib.
Kamil Zeynallı dostunun xəstəxana çarpayısında uzanıqlı vəziyyətdə
fotosunu da yayıb.
“Kamil 10-cu bölmədə işləyir. Növbədə olarkən iki nəfər şübhəli
ilə rastlaşıb. Yaxınlaşıb və sənədlərini tələb edib. Onlar isə
tapança çıxarıblar. Kamil də öz xidməti tapançasından istifadə
etmək istəyib. Bu zaman kənardan üç nəfər gələrək guya onları
ayırmaq istəyib. Amma ayırmaq istəyənlərdən biri Kamilə
yaxınlaşaraq onu xaincəsinə bıçaqla vurub. Nəzticədə 3 bıçaq yarası
alıb”,- deyə Kamil Zeynallı ANS PRESS-ə bildirib.
Onun sözlərinə görə, dünən əməliyyatdan sonra Kliniki Tibbi
Mərkəzin reanmasiya şöbəsinə yerləşdirilmiş Kamil Şərifov bu səhər
Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib. “Allah şəfa
versin! Qardaşım dəfələrlə Azərbaycanın bayrağını qaldırıb. Həm
polis, həm də idmançı kimi Vətənə xidmət edib”,- deyə Kamil
Zeynallı vurğulayıb.
Onun sözlərinə görə, daxili işlər naziri Ramil Usubov vəziyyəti
şəxsən nəzarətə götürüb.
11 qat Azərbaycan çempionu olmuş, K1 turnirinin qalibi, dünya
kubokunun sahibi, 4 qat dünya çempionu və beynəlxalq dərəcəli idman
ustası, polis kapitanı Kamil Şərifov Qobu qəsəbəsində bıçaqlanıb.
Onu idmançılar “Prince Baku” ləqəbi ilə də tanıyırlar.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək