Hadisə
Ər arvadının başını kəsdi - DƏHŞƏTLİ QƏTL
Kürdəmir rayonunun Sığırlı kəndində qətl hadisəsi baş
verib.
Rüstəmov Elmar Poladxan oğlu keçmiş həyat yoldaşı Gülərin başını
kəsib. Hadisə onların azyaşlı övladının gözləri qarşısında baş
verib.
Qeyd edək ki, ər-arvad bir neçə ay əvvəl ayrılıblar. (Report.az)
Lent.az xəbər verir ki, dünən axşam saatlarında keçmiş qayınanasının evinə gələn E.Rüstəmov burada 23 yaşlı Gülərlə mübahisə edib və daha sonra onun başını kəsib. Hadisədən sonra E.Rüstəmov 1 yaşlı övladını götürərək uzaqlaşıb.
E.Rüstəmov polis tərəfindən saxlanılıb. İlkin dindirmə zamanı o bildirib ki, keçmiş həyat yoldaşı haqqında xoşagəlməz sözlər eşitdiyinə görə bu əməli törədib.
Qeyd edək ki, E.Rüstəmovla G.Mütəllimova bir müddət əvvəl rəsmən boşanıb. Bundan sonra E.Rüstəmov yenidən ailə həyatı qurub. G.Mütəllimovaya gəlincə, o, anası ilə tək yaşayırmış. 23 yaşlı qızın atası xeyli əvvəl vəfat edibmiş.
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ
-
Magazin202:10
“Avroviziya-2024”ün bütün finalçıları məlum oldu
-
Sosial00:45
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
-
Qoroskop00:30
Günün ULDUZ FALI: ciddi məsələlərə toxunmaq olar
-
Magazin200:15
“Avroviziya-2024”ün ikinci yarımfinalı başladı - CANLI