Dənizdə bir nəfər batıb, üç nəfər xilas edilib
Bizi izləyin

Hadisə

Dənizdə bir nəfər batıb, üç nəfər xilas edilib

Xəzər dənizində bir nəfər batıb, 3 nəfər xilas edilib.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Səbail rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1 km aralı, nəzarətsiz ərazidə) 1992-ci il təvəllüdlü Rəhimli Kamran İlham oğlu batıb.

K. Rəhimlinin cəsədi nazirliyin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Həmçinin Xəzər rayonunda dənizdə 1 nəfər, Sabunçu rayonunda isə dənizdə batma təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm