İki avtobus toqquşdu: 16 ölü
Bizi izləyin

Hadisə

İki avtobus toqquşdu: 16 ölü

Rusiyanın Xabarovsk vilayətində, şəhərlərarası avtomobil magistral yolunda iki sərnişin avtobusu toqquşub.

Publika.az RİA Novostiyə istinadən xəbər verir ki, qəza nəticəsində 16 nəfər həlak olub. Həlak olanlardan bir nəfərin uşaq olduğu qeyd edilir, digər 3 uşaq isə ağır vəziyyətdədir.

Xəbərlərə görə, qəza nəticəsində zərər çəkənlərin sayı 60 nəfərə yaxındır.

Yol qəzası Komsomolsk-na-Amure -Xabarovsk yolunun 125-ci kilometrində, Qassi gölü yaxınlığında baş verib.

Polisin qənaətinə görə, qəzaya səbəb avtobusların yüksək sürətlə hərəkət etməsi səbə olub.

Avtobus qəzasında ölənlərin xatirəsinə, 6 avqust matəm günü elan olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm