Ermənistanın daha iki pilotsuz uçuş aparatı vuruldu - FOTO
Bizi izləyin

Hadisə

Ermənistanın daha iki pilotsuz uçuş aparatı vuruldu - FOTO

Cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd "Krunk-25" taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəş nəticəsində məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, "Krunk-25" pilotsuz uçuş aparatı taktiki dərinlikdə hava kəşfiyyatı tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub. Aparat proqramlaşdırılmış avtopilotla, video və fotokameralı avadanlıqla təchiz olunub. PUA yerdən operator tərəfindən idarə olunur.

Uçuş aparatının maksimal uçuş hündürlüyü 5400 metr, qalxma çəkisi 60 kq, uzunluğu 3.8 metr, qanadların açılma uzunluğu 5 metr, havada qalma vaxtı 5 saat, uçuş surəti isə 150 km/saatdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm