Azərbaycan-İran sərhədində silahlı insident
Bizi izləyin

Hadisə

Azərbaycan-İran sərhədində silahlı insident

Bir qrup şəxsin respublikamızın dövlət sərhədini qanunsuz olaraq keçməsinin qarşısı alınıb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bir qrup şəxsin İrandan Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmək cəhdinin qarşısı alınıb. Qrup üzvləri silahlı müqavimət göstərərək geri çəkiliblər.

Hadisə yerinə baxış zamanı 4 kiloqram 425 qram tiryək aşkar edilərək götürülüb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm