Hadisə
Ayaqlarının altında narkotik gəzdirən şəxs tutuldu
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Ərəstun Zülfüqarova məxsus əl yüklərinə baxış zamanı 1 ədəd plastik qabda, 250 ml həcmində metadon məhlulu aşkar olunub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publik.az-a verilən məlumata görə, daha sonra vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun ayağındakı ayaqqabılarının hər birinin içərisindən 20 ədəd bükümdə, ümumi xalis çəkisi 151,408 qram olan narkotik vasitə - tiryək, 4 ədəd bükümdə, ümumi xalis çəkisi 3,504 qram olan narkotik vasitə - heroin və 1 ədəd bükümdə isə 19 ədəd metadon adlı həb aşkar edilib.
Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir. Aşkar olunan 250 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,253 qram, 19 ədəd həbdə isə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,38 qram təşkil edir.
Faktla bağlı təhqiqat aparılır.
DGK Mətbuat Xidməti
-
İdman23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”