İki nəfərin meyiti tapıldı, ikisi isə boğuldu
Bizi izləyin

Hadisə

İki nəfərin meyiti tapıldı, ikisi isə boğuldu

Dənizdə İki nəfərin meyiti tapıldı, iki nəfər isə boğuldu

Pirşağı dəniz çimərliyində Gəncə sakininin meyiti tapılıb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 7-də Namiq Qurbanovun üzərində zorakılıq əlamətləri görünməyən, suda boğulmuş meyiti Sabunçu rayonundakı Pirşağı dəniz çimərliyində müəyyən edilib.

Pirşağı çimərliyində çimərkən boğulan digər şəxsin də meyitinin axtarışları yekunlaşıb. Avqustun 5-də Sabunçu rayonundakı Pirşağı çimərliyində çimərkən boğulan Anar Mehdiyevin meyiti dünən sudan çıxarılıb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Şüvəlan dəniz çimərliyində 2 boğulma hadisəsi baş verib. Belə ki, Bakı şəhər sakini K.Kamranbəyli Şüvəlan dəniz çimərliyində çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb. Bakı şəhər sakini Aqil Mahmudov da Şüvəlan dəniz çımərliyində çimərkən boğulub. Onun meyitinin sudan çıxarılması üçün tədbirlər görülür.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm