Hadisə
Rusiyada 20 yaşlı azərbaycanlı qız oğurlanıb
Rusiyanın Nevski rayonunda əslən Azərbaycandan olan
qızın oğurlanması faktı ilə bağlı işə baxılır.
"Report" xəbər verir ki, ilkin məlumatlara görə, 20 yaşlı qız
azərbaycanlı nişanlısı tərəfindən qaçırılıb. Məlumata görə, ötən
gün səhər saatlarında mağazada kassir işləyən 41 yaşlı qadın polisə
müraciət edib. Azərbaycanlı qadın bildirib ki, avqustun 22-si saat
21:30-da Narodnı küçəsində yerləşən 14 saylı evin qarşısında üç
nəfər onun 20 yaşlı qızını zorla Leninqrad nömrəli "VAZ-2114"
markalı avtomobilə mindirərək naməlum istiqamətə aparıb.
Qızın anası hesab edir ki, onun qızını Moskva sakini olan 24 yaşlı
nişanlısı qaçırıb. Məlum olub ki, maşın onun Azərbaycandan gələn
hansısa dostunun adına qeydiyyatdadır.
Oğurluq faktı üzrə araşdırma aparılır, iş üzrə materillar İstintaq
Komitəsinə təhvil verilib.
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü