Televiziya işçiləri yol qəzasına düşdü
Bizi izləyin

Hadisə

Televiziya işçiləri yol qəzasına düşdü

Azərbaycanda televiziya işçiləri yol qəzasına düşüb.

APA-nın məlumatına görə, hadisə bu gün Masazır qəsəbəsində qeydə alınıb. “Dünya” TV-nin çəkiliş qrupunu aparan “Lifan” markalı maşın “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə televiziyanın xidməti avtomobilinin sürücüsü və maşında olan operator yüngül, jurnalist Nizami Rəsulov isə ağır bədən xəsarətləri alıb.

N. Rəsulov APA-ya açıqlamasında qəzaya düşdüklərini təsdiqləyib: “”Hazırda həkim müayinəsindən keçirik. Sürücü və operator yüngül xəsarət alıblar. Mənim isə xəsarətlərim ağırdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm