• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakı-Sumqayıt yolunda sürüşmə: Avtovağzal kompleksi TƏHLÜKƏDƏ

  • Hadisə
  • 7 Oktyabr 2015 15:36
  • 1 538 Baxış
Bakı-Sumqayıt yolunda sürüşmə: Avtovağzal kompleksi TƏHLÜKƏDƏ

Bakı-Sumqayıt yolunda sürüşmə baş verib.

Sürüşmə hadisəsi şəhər istiqamətində, Bakı Avtovağzal kompleksinin qarşısında qeydə alınıb.

Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, Avtovağzalın yola yaxın həyətində iri çatlar əmələ gəlib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasından sayta faktı təsdiqləyiblər.

Bildirilib ki, sürüşmə nəticəsində Sumqayıtdan Bakıya gələn istiqamətdə yolun ortasında böyük çatlar əmələ gəlib, yolun ortasından Avtovağzal istiqamətində qeyri-bərabər çökmə baş verib. (apa)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev Publika.az-a açıqlamasında hazırda əməkdaşlarının hadisə yerində olduğunu bildirib: “Bu barədə bizə məlumat daxil olub. İlkin məlumatda sürüşmə nəticəsində Sumqayıtdan Bakıya gələn istiqamətdə yolun ortasında çatlar əmələ gəldiyi və “Avtovağzalın” yaxınlığında çökmə baş verdiyi deyilib. Hazırda əməkdaşlarımız hadisə yerindədir, özüm də əraziyə gedib vəziyyətlə tanış olacam. Ondan sonra çökmənin dərinliyi barədə məlumat verə bilərəm”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR