• USD 1,7001 0,00% EUR 2,0063 +0,31%
    • GBP 2,2469 +0,21% RUB 0,0296 -0,34%

Cəbhəboyu rayonlarda 22 partlayış yeri yoxlanılıb - FOTO

  • Hadisə
  • 1 May 2016 01:14
  • 474 Baxış
Cəbhəboyu rayonlarda 22 partlayış yeri yoxlanılıb - FOTO

Aprelin 30-da cəbhəboyu rayonların ərazilərində 22 partlayış yeri yoxlanılıb. Bu barədə Publika.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Aprelin 30-da Agentlik tərəfindən Tərtər və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat:

Tərtər rayonu

Tərtər şəhəri - 4 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 2 100 kv.m. ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilib.

Qarağacı kəndi - 4 ev və həyətyanı sahədə 7 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 9 700 kv.m. ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib.

Borsunlu kəndi - 8 əkin sahəsində 10 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış 122-mm top mərmisi aşkar olunaraq zərərsizləşdirilib, nəticə etibarı ilə 1 090 kv.m. ərazi yoxlanılıb.

Hacıqərvənd kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 1 100 kv.m. ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib.

Füzuli rayonu

Alıxanlı kəndi - 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. Nəticə etibarı ilə 470 kv.m. ərazi yoxlanılıb.

Aprelin 30-da Agentlik tərəfindən 9 ev, 12 əkin sahəsi, 22 partlayış yeri yoxlanılıb, 1 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib və 14 460 kv. m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7-30 aprel 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir və Cəlilabad rayonlarında 387 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbiristanlığı, 1 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, 8 əkin sahəsi və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 295 ədəd partlamamış hərbi sursat, 10 ədəd piyada əleyhinə mina (PMN) və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>