Çay evində qumbara partladı: 2 ölü, 3 yaralı (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Çay evində qumbara partladı: 2 ölü, 3 yaralı (YENİLƏNİB)

Ötən gecə Gəncədə əl qumbarasının partladılması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Elbrus Allahverdiyev küçəsində (Abbas Səhhət yaşayış massivi) yerləşən çayxanada şəhər sakinləri, 1972-ci il təvəllüdlü Məhərrəm Əhmədovun əlindəki “F-1” tipli qəlpəli əl qumbarasının partlaması nəticəsində özü və qardaşı oğlu, 1985-ci il təvəllüdlü Taleh Əhmədov hadisə yerində ölüblər. M. Əhmədovun oğlu, 1998-ci il təvəllüdlü Nəriman Əhmədov, qardaşı oğlu, 1994-cü il təvəllüdlü Orxan Mirzəyev və 1975-ci il təvəllüdlü Sadiq Əhmədov müxtəlif qəlpə yaraları ilə Abbas Səhhət adına xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, hadisə mübahisə zəmində baş verib. Qarşı tərəfdən mübahisədə iştirak edən bir neçə nəfər saxlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, satma, başqasına vermə və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

Ötən gecə Gəncə şəhərinin Abbas Səhhət adlanan yaşayış massivində yerləşən çay evində mübahisə edən 4 nəfərdən biri əlində olan qranatı partladıb.

Publika.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb, iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, hər iki yaralının vəziyyəti kafidir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm