• USD 1,7001 0,00% EUR 2,0063 +0,31%
    • GBP 2,2469 +0,21% RUB 0,0296 -0,34%

Cəbhəboyu rayonlarda PQ-7 mərmisi aşkar edilib - FOTO

  • Hadisə
  • 6 May 2016 03:13
  • 427 Baxış
Cəbhəboyu rayonlarda PQ-7 mərmisi aşkar edilib - FOTO

Mayın 5-də Tərtər, Füzuli, Goranboy və Ağcabədi rayonlarında 10 partlayış yeri yoxlanılıb, 26 730 kv.m ərazi təmizlənib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) hesabatda deyilir.

Tərtər rayonu

Qarağacı kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilmiş, 12 000 kv. m ərazi təmizlənmış və partlamamış hərbi sursat aşkar edilməmişdir.

Hacıqərvənd kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilmiş, 5 000 kv. m ərazi təmizlənmış və partlamamış hərbi sursat aşkar edilməmişdir.

Füzuli rayonu

Şükürbəyli kəndi - 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilmiş, 430 kv. m ərazi təmizlənmışdir.

Qaraxanlı kəndi - 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilmiş, 8 500 kv. m ərazi təmizlənmışdır.

Goranboy rayonu

Yolqullar kəndi - Parkın ərazisində 1 partlayış yerinə baxış keçirilmiş və 1 ədəd partlamamış PQ-7 mərmisi aşkar edilərək, götürülmüş və 800 kv. m ərazi təmizlənmişdir.

(DİN-in "102" Xidməti-Zəng mərkəzi sisteminin məlumatı)

5 May 2016-cı il tarixində Agentlik tərəfindən 7 ev, 2 əkin sahəsi, 10 partlayış yeri yoxlanılmış, 1 ədəd partlamamış PQ-7 mərmisi aşkar edilərək götürülmüş, 26 730 kv. m ərazi təmizlənmişdir.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 5 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 426 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbirstanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 414 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdır.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>