Hadisə
Polisdən narkotik əməliyyatı: 48 kq tiryək tutuldu - FOTOLAR
Daxili işlər orqanları 48 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilir ki, daxil olan məlumat əsasında DİN-nin Baş
Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) Cənub Bölgəsində Regional
Şöbəsinin əməkdaşlarının Cəlilabad rayonunun Albalan kəndi
ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində
əvvəllər məhkum olunmuş rayon sakini Seyfəddin Cəfərov
saxlanılıb.
Saxlanılan şəxsin əlindəki yük çantasına baxış zamanı oradan 30
kiloqram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.
İlkin dindirmə zamanı, S.Cəfərov həmin narkotik vasitələri satmaq niyyəti ilə 13 saylı cəzaçəkmə müəssisəsində həbsdə olduğu müddət ərzində tanış olduğu "Zülfi" adlı İran vətəndaşından əldə etdiyini bildirib.
Baş İdarə əməkdaşlarının Biləsuvar rayonu, Cürəli kəndi ərazisində həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində isə əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Şahin Mirzəzadə saxlanılıb.
Saxlanılan şəxsdən əlindəki bağlamaya baxış zamanı ümumi çəkisi 18 kiloqram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.
Araşdırmalarla müəyyən olunub ki, Ş.Mirzəzadə narkotik vasitələri İran İslam Respublikasının Ərdəbil şəhərində tanış olduğu "Dadaş" adlı şəxsdən əldə edib.
İran vətəndaşı Ş.Mirzəzadəyə külli miqdarda narkotik vasitələri respublikamızın ərazisinə keçirməyi və bunun müqabilində ona 2000 ABŞ dolları verəcəyini vəd edib. Saxlanılan şəxs təklifini qəbul edib həmin narkotik vasitələri əldə edərək ölkəyə gətirən zaman polis əməkdaşları tərəfindən tutulub.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"