Bakı-Qazax magistral yolunda ağır qəza
Bizi izləyin

Hadisə

Bakı-Qazax magistral yolunda ağır qəza

Mayın 15-də saat 7 radələrində Bakı-Qazax magistral yolun Göygöl rayonunun Hacıməlik kəndindən keçən hissəsində ağır yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Publika.az-ın Qərb bürosuna verilən məlumata görə, hadisə zamanı 5 nəfər yaralanıb.

Qaradağ rayon sakini, 1965-ci il təvəllüdlü Çingiz Hüseynov idarə etdiyi “Reno” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarına aşırıb. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər, 1977-ci il təvəllüdlü Mahir Quliyev, 1996-cı il təvəllüdlü Emin İbrahimov, 1964-cü il təvəllüdlü Ənvər İbrahimov və 1965-ci il təvəllüdlü Əjdər Mirzalıyev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan bildirildi ki, yaralılar əməliyyata alınıb. Onlardan Ə. Mirzalıyevin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta-ağırdır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində Cinayət Məcəlləsinin 263.1 (nəqliyyatda ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm