Hadisə
Yanan binalara görə daha dörd nəfər həbs edildi
Bakının Xətai rayonu Zığ yolu küçəsi 16 saylı ünvandakı yaşayış binasında baş vermiş yanğınla bağlı 3 nəfər həbs olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az verilən məluamat görə, 2015-ci il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan 9 mərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğının baş verməsi faktı üzrə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində başlanmış cinayət işi Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq edilən cinayət işinə birləşdirilməklə vahid icraatda istintaqı davam etdirilir.
Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə “TNH” şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.
Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi rayon məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə, həmçinin mayın 19-da Binəqədi rayonunda
yaşayış binasında baş vermiş yanğınla əlaqədar binanın “poliuretan”
materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata
keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra
Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov
Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən
şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə 4 ay
müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda hadisənin baş verməsində təqsiri olan şəxslərin tam
dairəsinin müəyyənləşdirilməklə onların cinayət məsuliyyətinə cəlb
edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam
etdirilir.
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO