• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Lamiyədən yeni XƏBƏR

  • Hadisə
  • 30 May 2015 00:27
  • 3 769 Baxış
Lamiyədən yeni XƏBƏR

“Həbsdən sonra vaxtımı evdə keçirirəm, öz azad həyatımı yaşayıram, övladıma baxıram. Hələ ki Şəmkirdəyəm. Ancaq Bakıya yerləşmək planım var. Ümid edirəm ki, iş məsələsi həllini tapacaq. Şəmkir rayon İcra Hakimiyyətindən iş təminatı ilə bağlı müraciətimə müsbət cavab gözləyirəm”.

Bu sözləri Axar.az-a açıqlamasında bir müddət əvvəl həbsdə ana olması xəbəri ilə ölkə gündəmini silkələyən keçmiş məhbus Lamiyə Quliyeva deyib. L.Quliyevanın sözlərinə görə, azadlığa çıxdıqdan sonra əsas problemlərindən biri sosial müavinət almaqdır. Keçmiş məhkum ona bu məsələdə köməklik olunacağını və sənədlərin hazırlandığını qeyd edib: “Uşaq da körpədir və ona baxmaq lazımdır. İndi işləsəm də, uşağa baxmaq problem olacaq. Ona görə sosial müavinət üçün söz verilib, inşallah yaxşı olacaq”.

Keçmiş məhkum orta təhsilini başa vura bilmədiyi üçün iş tapmaqda çətinlik çəkir. Bu da ona ciddi problem yaradıb. Lamiyə ölkədə və dünyada gedən prosesləri də internet vasitəsi ilə izlədiyini bildirib. O, yaxın gələcəkdə ailə qurmaq planı olmadığını əlavə edib. L.Quliyeva onunla eyni vaxtda həbs edilmiş keçmiş nişanlısı Vüqar Əliyevin işinə toxunaraq vurğulayıb ki, onun azadlığa çıxmasını arzulayır.

Xatırladaq ki, Şəmkirin eks-başçısı Aslan Aslanovun oğlu Ruslanı öldürməkdə ittiham olunaraq həbs edilmiş L.Quliyevaya məhkəmə 10 il, keçmiş nişanlısı Vüqar Əliyevə ömürlük hökm oxuyub. Həbsxanada nəzarətçinin döyməsi ittihamı ilə Lamiyənin işi daha 5 il artırılıb. Ana olması ilə gündəmə gələndən sonra azad edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR