Ucar yolunda ağır qəza - VİDEO/FOTO
Bizi izləyin

Hadisə

Ucar yolunda ağır qəza - VİDEO/FOTO

Göyçay-Ucar avtomagistralının Göyçay rayonu Hüngütlü kəndi ərazisindən keçən hissəsində avtomobil qəza baş verib.

Axar.az xəbər verir ki, “Priora” markalı avtomobil əks istiqamətdən gələn “Passat” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən hər iki avtomobil yararsız hala düşüb.

Hadisə nəticəsində sürücülər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağır olaraq qiymətləndirilir. “Passat”ın sürücüsünün vəziyyəti ağır olduğundan, paytaxt xəstəxanasına göndərilib.

Faktla bağlı DYP araşdırma aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm