Bakının mərkəzində yanğın - FOTO
Bizi izləyin

Hadisə

Bakının mərkəzində yanğın - FOTO

Bakının mərkəzində yanğın “Azərbaycan” kinoteatrı ilə üzbəüz yerləşən "Bristol" otelinin birinci mərtəbəsində fəaliyyət göstərən restoranda baş verib.

ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın restoranın mətbəxindən başlayıb. İlkin ehtimala görə, yanğına səbəb qısaqapanma olub.

Oteldə olanlar dərhal təxliyyə edilib. Hadisə yerinə təxminən 4 yanğınsöndürən cəlb olunub və yanğın söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm