18 yaşlı qızı zorlayıb, sonra…
Bizi izləyin

Hadisə

18 yaşlı qızı zorlayıb, sonra…

Türkiyənin Muğla əyalətində meyiti tapılan qızın zorlandığı müəyyən edilib. Üç gün sonra kanalda cəsədi aşkar edilən 18 yaşlı Cansu Kayaya təcavüz etdikdən sonra onu boğub suya atıblar.

Axar.az yazır ki, C.Kaya iyunun 17-də torpağa tapşırılıb, subay olmasına baxmayaraq, tabutu üzərinə gəlinlik qoyulub. Sonuncu dəfə onu qulluqçu işlədiyi restorandan çıxan görüblər, bir də xəbər almaq mümkün olmayıb. Ailəsi gənc qızın itkin düşdüyünü ehtimal edib. Axtarışlardan sonra kanalda meyiti tapılıb.

Atası Osman Kaya günahkarların cəzalandırılmasını tələb edib. O.Kayaya verilən xəbərə görə, cinayətdə şübhəli bilinən üç nəfər istintaqa cəlb olunub. Xatırladaq ki, bu ilin fevral ayında Türkiyənin Mərsin vilayətinin Tarsus şəhərində tələbə Özgəcan Aslanın Suphi Altıntökən təcavüz olunduqdan sonra qətlə yetirilməsi Türkiyədə böyük rezonans doğurmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm