Göygöldə dərəyə düşən şəxs xilas olunub
Bizi izləyin

Hadisə

Göygöldə dərəyə düşən şəxs xilas olunub

Göygöldə dərəyə düşən şəxs xilas olunub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Göygöl rayonunda 1 nəfər dərəyə düşüb və orada köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş ehtiyatsızlıqdan dərəyə yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi dərədən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm