205 mindən çox obyekt üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb
Bizi izləyin

Hesabat

205 mindən çox obyekt üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2014-cü ilin yanvar-sentyabr aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Komitədən Publika.az-a verilən məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov çıxışında dövlət başçısının daşınmaz əmlakın qeydiyyatı ünün tələb olunan sənədlərin siyahısını təsdiq edən 13 yanvar 2015-ci il tarixli fərmanına da toxunub. Bildirilib ki, bu dərmanla daşınmaz əmlakın qeydiyyatı ilə bağlı hüquqi təminat və qanunvericilik bazası daha da təkmilləşdirilib. Bununla da qeydiyyat prosesinin hüquqi dairəsi əhəmiyyətli dərəcədə genişləndirilib.

Müşavirədə qeyd olunub ki, hazırda daşınmaz əmlakların vahid elektron informasiya sisteminin yaradılması üzərində işlər aparılır. Bu məqsədlə Bakı şəhərində İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin tikintisi davam edir. Bundan əlavə, İT sahəsində təhlükəsizliyin təmin olunması məqsədilə Şamaxıda yaradılan Ehtiyat Məlumat Mərkəzinin tikintisi artıq yekunlaşıb.

Daşınmaz əmlak idarəçiliyi, əmlakın qeydiyyatı, özəlləşdirmə və hərraclarla bağlı tətbiq edilən elektron xidmətlərin sayı ötən ildə artırılıb. 2014-cü ildə Komitənin fəaliyyət sahələri üzrə 14 yeni elektron xidmətin yaradılması təmin edilib. Hazırda 4 informativ və 27 interaktiv olmaqla 31 elektron xidmət vətəndaşların istifadəsindədir. Bütün elektron xidmətlər “Elektron hökumət” portalına inteqrasiya edilib. Ümumilikdə, indiyədək komitənin qurumlarına 158 mindən çox elektron müraciət daxil olub.

Qeyd olunduğu kimi, komitə 2014-cü ilin noyabr ayından başlayaraq daşınmaz əmlak üzərində əvvəllər yaranmış mülkiyyət hüquqlarına dair sənədlərin kütləvi şəkildə çıxarışlarla əvəz olunması kampaniyasına başlayıb. 2014-cü ildə kampaniya Saatlı, Şəmkir, Abşeron, Cəlilabad, Qəbələ və Şəkidə keçirilib və ümumilikdə 1600-ə yaxın vətəndaşın mülkiyyət sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz edilib.

Hesabat dövründə 5680-ə yaxın dövlət müəssisə və təşkilatı "Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forma"sını təqdim ediblər. Bunlardan 2400-dən çoxu elektron xidmət vasitəsilə təqdim edilib. Komitənin sərəncamında olan dövlət müəssisələrindən 55-i və dövlətə məxsus səhmləri olan səhmdar cəmiyyətlərindən 205-i illik balans hesabatlarını təqdim ediblər. Hesabat dövründə 5798 müəssisə və təşkilatdan daşınmaz dövlət əmlakı barəsində yeni qeydiyyat vərəqələri alınıb, 3739 ədəd Registrdən çıxarış sənədi hazırlanıb.

2014-cü ildə 205 200-ə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb (57 950-yə yaxın ilkin qeydiyyat, 147250-dən çox təkrar qeydiyyat).

Hesabat dövründə hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 157 200-dən çox yüklülük (məhdudiyyət) arayışı (100 minə yaxın onlayn üsulla), əhaliyə xidmətlə bağlı 19950-dən çox digər müxtəlif məzmunlu arayışlar verilib. 2014-cü il ərzində 45 600-dən çox ipoteka müqaviləsi qeydə alınıb. 175 minə yaxın daşınmaz əmlaka dair texniki inventarlaşdırılma və çöl-ölçmə işləri aparılıb və texniki sənədlər tərtib edilib.

“Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi, Nərimanov və Xəzər rayonları üzrə daşınmaz əmlaklar haqqında mükəmməl elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılması” layihəsi üzrə işlər yekunlaşıb. Respublikanın 53 şəhər və rayonu üzrə sadə modelli elektron kadastr məlumat bazasının yaradılması işləri bitib. Layihə çərçivəsində hazırlanmış kadastr məlumatlarının vahid informasiya bazasına köçürülməsi istiqamətində tədbirlər görülür. Eyni zamanda Almaniya Hökumətinin maliyyə dəstəyi ilə Şəki və Gəncənin tam ərazisini (təxminən 250 min ha) əhatə edən tam məzmunlu kadastr işləri davam etdirilir.

Bakı şəhərinin Binəqədi, Qaradağ, Pirallahı, Nizami və Xətai rayonları üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi üzrə işlərin icrası davam etdirilir. Layihə çərçivəsində Bakı şəhərinin Pirallahı rayonu üzrə çöl ölçmə işlərinin icrası yekunlaşıb, Nizami rayonu üzrə çöl-ölçmə işləri davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm