• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

2018-ci il dünya çempionatının seçmə mərhələsinin püşkü atılır

  • İdman
  • 25 İyul 2015 10:36
  • 674 Baxış
2018-ci il dünya çempionatının seçmə mərhələsinin püşkü atılır

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində futbol üzrə 2018-ci il dünya çempionatının ilkin püşkatma mərasimi keçiriləcək.

"Report"un məlumatına görə, Bakı vaxtı ilə saat 20:00-da başlanacaq mərasimdə ölkə prezidenti Vladimir Putinlə FİFA prezidenti Yozef Blatter də iştirak edəcək.

Onlar tədbiri salamlama nitqi ilə açacaqlar. Püşkatmanı isə FİFA baş katibi Jerom Valke aparacaq. Ona futbol ulduzları Ronaldo, Fabio Kannavaro, Samüel Eto O, Rinat Dasayev, Aleksey Smertin və Aleksandr Kerjakov yardımçı olacaqlar. Mərasim bir şou kimi nəzərdə tutulub ki, onu da top-model Natalya Vodyanova ilə tele-aparıcı Dmitri Şepelyov aparacaq. Püşkatmanı 170 ölkədən 95 milyon insanın izləyəcəyi gözlənilir.

Püşk Avropa zonası üzrə qrupların tərkibini müəyyənləşdirəcək, Asiya, Okeaniya və KONKAKAF (Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri) zonalarındakı komandaları cütlük və qruplara böləcək, habelə Cənubi Amerikada seçmə turnirin cədvəli elan olunacaq. Rusiya millisi təşkilatçı olduğundan, seçmə mərhələyə qatılmayacaq. Amma şimal qonşularımız Avropa zonasında 5 komandalı qruplardan birinə bölünərək, yoldaşlıq görüşləri keçirəcək.

Ümumiyyətlə, "köhnə qitə" komandaları 6 səbətə bölünəcəklər. Azərbaycan millisi 5-ci səbətdə yer alacaq.

1-ci səbət: Almaniya, Belçika, Hollandiya, Portuqaliya, Rumıniya, İngiltərə, Uels, İspaniya, Xorvatiya

2-ci səbət: Slovakiya, Avstriya, İtaliya, İsveçrə, Çexiya, Fransa, İslandiya, Danimarka, Bosniya və Herseqovina

3-cü səbət: Ukrayna, Şotlandiya, Polşa, Macarıstan, İsveç, Albaniya, Şimali İrlandiya, Serbiya, Yunanıstan

4-cü səbət: Türkiyə, Sloveniya, İsrail, İrlandiya, Norveç, Bolqarıstan, Farer adaları, Monteneqro, Estoniya

5-ci səbət: Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, AZƏRBAYCAN, Litva, Moldova

6-cı səbət: Qazaxıstan, Lüksemburq, Lixtenşteyn, Gürcüstan, Malta, San Marino, Andorra.

Püşkatma nəticəsində 6 komandadan ibarət 7 qrup və 5 komandadan ibarət 2 qrup formalaşdırılacaq. Rəqiblər evdə və səfərdə olmaqla, 2016-cı il sentyabrın 4-dən 2017-ci il oktyabrın 10-dək hərəyə 2 görüş keçirəcəklər. 9 qrup qalibi DÇ-2018-ə birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutacaq 8 ən yaxşı komanda isə 2017-ci ilin noyabrında "pley-off" matçlarında çıxış edəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR