
Avropa Liqasının pley-off mərhələsinin "Yanq Boys" - "Qarabağ" matçının başlama vaxtı məlum olub.
Publika.az xəbər verir ki, Bernin "Stad de Suiss" stadionunda keçiriləcək matç avqustun 20-də, Bakı vaxtıyla saat 23:00-da start götürəcək.
Bu komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda baş tutacaq.
Xatırladaq ki, hər iki klub Çempionlar Liqasında mübarizəni dayandırdığı üçün Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanıb. “Qarabağ” 3-cü təsnifat mərhələsində “Seltik”, “Yanq Boyz” isə “Monako” səddini keçə bilməmişdi.