“Qarabağ” səfərdə qalib gəldi - FOTO (YENİLƏNİB)
Bizi izləyin

İdman

“Qarabağ” səfərdə qalib gəldi - FOTO (YENİLƏNİB)

Futbolçular ikinci hissəyə də sürətli hücumlarla başlayıblar.

İkinci hissənin ən təhlükəli vəziyyətini ağdamlılar yaradıblar. Rəqibin müdafiə xəttini ustalıqla yararaq qapıçı ilə təkbətək qalan Reynaldonun zərbəsini son anda qapıçı dəf etdi.

67-ci dəqiqədə Riçard Almeydanın uzaq məsafədən dəqiq zərbəsi "Qarabağ"ı hesabda irəli çıxardı.

Oyunda bundan sonra qol vurulmadı. Qarşılaşma "Qarabağ"ın 1 xal üstünlüyü ilə başa çatdı.

00:00

Qarşılıqlı hücumlarla başlayan oyunun 10-cu dəqiqəsində "Yanq Boyz"un hücumunu "Qarabağ"ın qapıçısı dəf etdi.

Növbəti beş dəqiqə ərzində ağdamlılar rəqibin cərimə meydançasına bir neçə dəfə daxil olsalar da, hücumu uğurla tamamlaya bilmədilər. Oyunun 17-ci dəqiqəsində "Qarabağ"ın qapıçısı Şehiç rəqib hücumçu ilə təkbətək mübarizədən qalib ayrıldı. 20-ci dəqiqədə sağ cinahdan başlanan hücum zamanı iki müdafiəçini ustalıqla aldadıb rəqibin cərimə meydançasına daxil olan Reynaldonum ötürməsi dəqiq olmadı.

Dörd dəqiqə sonra müdafiəçilərdən sıyrılan Reynaldo çərçivəni dəqiq nişan alsa da qapıçı onun fərqlənməsinə imkan vermədi.

İlk hissə qolsuz bərabərliklə başa çatdı.

23:34

Avqustun 20-də futbol üzrə UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycan çempionu, Ağdamın “Qarabağ” komandası səfərdə İsveçrənin “Yanq Boyz” kollektivi ilə qarşılaşır.

Berndəki “Stad de Suisse” arenasında keçirilən görüşdə “Qarabağ”ın ilk onbirliyində İbrahim Şehiç, Rəşad Sadıqov, İlqar Qurbanov, Bədəvi Hüseynov, Ansi Aqoli, Qara Qarayev, Riçard Almeyda, Cavid Tağıyev, Əlhərabi Əl-Jadeyaui, Dani Kintana və Reynaldo yer alıblar.

“Yanq Boyz”un start heyətində isə İvan Mvoqo, Skott Satter, Milan Vilotiç, Stiv fon Bergen, Yan Leçyaks, Milan Qayiç, Miraləm Süleymani, Leonardo Bertone, Yuya Kubo, Rafael Nutsolo, Qiyom Oaro meydana çıxıblar.

Qarşılaşmanı rusiyalı hakimlər briqadası idarə edir. Matçın əsas referisi Vladislav Bezborodovdur. Ona həmyerliləri Nikolay Qolubev və Maksim Qavrilin kömək edirlər. Aleksey Yeskov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qurban Qurbanovun komandası səfərdəki ilk oyunda sərfəli nəticə qazanmağa çalışacaq.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 27-də Bakıda oynanılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm