Las Veqasda Azərbaycanı ən güclülər təmsil edəcək
Bizi izləyin

İdman

Las Veqasda Azərbaycanı ən güclülər təmsil edəcək

Sentyabrın 7-dən 12-dək ABŞ-ın Las Veqas şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək. Artıq mundialda çıxış edəcək sərbəst və yunan-roma güləşi üzrə milli komandalarımızın heyətləri məlumdur.

Publika.az xəbər verir ki, yarışların ilk iki günündə mübarizə aparacaq yunan-roma güləşi üzrə seçməmizin heyəti Rövşən Bayramov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriətidən (130 kq) ibarət olacaq. Yığmamız baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında mübarizə aparacaq.

Dünya çempionatında sərbəst güləş yarışlarında ölkəmizin idman şərəfini Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) qoruyacaq. Yığmamıza baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiya rəhbərlik edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm