“Qarabağ”la “Qəbələ”nin oyun təqvimi məlumdur
Bizi izləyin

İdman

“Qarabağ”la “Qəbələ”nin oyun təqvimi məlumdur

Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ"la "Qəbələ"nin oyun təqvimi məlumdur.

Publika.az xəbər verir ki, “Qəbələ” C qrupunda “Borussiya D”, PAOK, “Krasnodar”, “Qarabağ” J qrupunda “Tottenhem”, “Anderlext”, “Monako” ilə mübarizə aparacaq.

"Qarabağ" qrup mərhələsinə çıxmaq üçün "Yanq Boyz"u (İsveçrə), "Qəbələ" isə "Panatinaikos"u (Yunanıstan) yolundan kənarlaşdırıb.

Avroliqada qrup mərhələsinin təqvimi:

1-ci tur - 17 sentyabr

2-ci tur - 1 oktyabr

3-cü tur - 22 oktyabr

4-cü tur - 5 noyabr

5-ci tur - 26 noyabr

6-cı tur - 10 dekabr

J qrupunda yer alan “Qarabağ” ilk oyununu "Monako"ya qarşı səfərdə, sentyabrın 17-də keçirəcək. Ağdam komandası oktyabrın 1-də Bakıda "Tottenhem"i qəbul edəcək. Oktyabrın 22-də və noyabrın 5-də "Anderlext"lə ardıcıl iki oyun olacaq. Noyabrın 26-da isə "Monako" Bakıya gələcək.

"Qarabağ" qrupda son matçını dekabrın 10-da, səfərdə "Tottenhem"ə qarşı keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm