Rövnəq Abdullayev üçqat prezident oldu
Bizi izləyin

İdman

Rövnəq Abdullayev üçqat prezident oldu

Bu gün Cüdo Federasiyası İdarə Heyətinin iclası keçirilib. İclasda federasiyaya yeni rəhbər seçilib.

Publika.az xəbər verir ki, SOCAR və AFFA prezidenti Rövnəq Abdullayev Cüdo Federasiyasına prezident təyin olunub.

Xatırladaq ki, bundan öncə federasiyaya keçmiş əmək və əhalinin sosial müdafiəsi nazir, "İmprotex" şirkətinin sahibi Füzuli Ələkbərov rəhbərlik edirdi.

Füzuli Ələkbərov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsindən uzaqlaşdırılandan sonra Azərbaycan Cüdo Federasiyasında böhran yaşandı. Maliyyə imkanları tükənən Ələkbərov cüdoya vəsait ayırmaqdan imtina etdi. Bu da cüdoçuların nəticələrinə təsir etdi. Cüdo yığmamızın ilk Avropa oyunlarındakı fiaskosundan sonra isə hökumət məsələyə müdaxilə etmək qərarına gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm