Millimizin heyəti açıqlandı
Bizi izləyin

İdman

Millimizin heyəti açıqlandı

Təlim-məşqləri davam etdirən Parataekvondo üzrə milli komandamız sentyabrın 14-də dünya çempionatına yollanır.

Publika.az xəbər verir ki, Türkiyənin Samsun şəhərinin Yaşar Doğu Spor Salonunda keçiriləcək və sayca 6-cı olan mundialda komandamız 10 idmançı ilə təmsil olunacaq.

Belə ki, baş məşqçi Əvəz Tağıyev yarışda Rövşən Qəhramanlı (-61 kq, K-44), Anar Hüseynov (-61 kq, K-42), Nicat Müslümov (-75 kq, K-42), Əbülfəz Abuzərli (-75 kq, K-44), Aleksandr Poluşuk (+75 kq, K-42), Namiq Abbasov (-61 kq, K-43), Xəzər Mirzəyev (-75 kq, K-43), Vüqar Adışirinov (+75 kq, K-44), həmçinin Röyalə Fətəliyeva (-49 kq, K-44) və Aynur Məmmədovaya (+58 kq, K-44) etimad göstərib.

Sentyabr ayının 17-də keçiriləcək G8 kateqoriyalı çempionatın qalibi, reytinq hesabına 80 xal əlavə etmiş olacaq. Azərbaycan Taekvondo Federasiyasının (ATF) baş katibi Həmdiyyə Məmmədov da komanda ilə dünya çempionatına yollanır.

Xatırladaq ki, Parataekvondo üzrə milli komandamız iki dəfə dünya birincisi, iki dəfə isə dünya ikincisi olmaqla, yüksək göstəricilərlə liderlər arasındadır. Komandamız sentyabr ayının 18-də vətənə dönəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm