UEFA-dan inqilabi dəyişiklik – Millətlər kuboku
Bizi izləyin

İdman

UEFA-dan inqilabi dəyişiklik – Millətlər kuboku

UEFA-dan inqilabi dəyişiklik – Millətlər kuboku

UEFA-nın 54 üzvü "2018-2022-ci illər üzrə milli futbol komandaları üzrə qətnamə"yə yekdilliklə səs veriblər.

Publika.az qrumun rəsmi saytına istinadən xəbər verir ki, sənədə görə, 2018-ci ildən Millətlər Liqası turnirinə start veriləcək.

Turnirin dəqiq formatı hələlik təsdiqlənməsə də, onun iki ildən bir keçiriləcəyi və yığmalar arasında yoldaşlıq oyunlarını əvəz edəcəyi planlaşdırılıb. Komandalar üç və ya dörd diviziona bölünəcəklər. Ali divizionda 16 yığma oynayacaq ki, onlar hər birində 4 komanda olmaqla 4 qrupa bölünəcəklər.

Qrup qalibləri neytral meydanda keçiriləcək "Dördlər finalı"na vəsiqə əldə edəcək. Milli komandaların yarışlarının keçirilməsi komitəsinin rəhbəri Volfqanq Nirsbax deyib: "Biz UEFA üzvlərinin yeni turnirin yaradılmasına dair qərarını qəbul edir və ona hörmət edirik.

Bu, Avropanın milli komandaları üçün böyük addımdır və azarkeşlərin yeni formatı dəstəkləyəcəklərinə ümid edirik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm