• USD 1,7001 0,00% EUR 1,9997 -0,07%
    • GBP 2,2482 +0,19% RUB 0,0296 +0,34%

“Böyük dəbilqə”dən ilk medal - FOTO

  • İdman
  • 7 May 2016 03:42
  • 474 Baxış
“Böyük dəbilqə”dən ilk medal - FOTO

Mayın 6-da Bakıda cüdo üzrə “Böyük dəbilqə” turniri start götürüb.

Heydər Əliyev adına İdman Sarayında keçirilən yarış Ümummilli Liderin xatirəsinə həsr olunub. Üçgünlük turnirdə 76 ölkədən 449 cüdoçu (280 kişi, 169 qadın) qüvvəsini sınayır.

Bu yarış 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya baxımından da önəmlidir. Ümumi mükafat fondu 154 min dollar olan yarışda hər çəki dərəcəsində qalib gələn cüdoçular qızıl medalla yanaşı, 5000 dollar pul mükafatına və 500 lisenziya xalına sahib olacaqlar. Finalçılar gümüş medal, 300 lisenziya xalı və 3000 dollar, üçüncü yeri tutan iki cüdoçu isə bürünc medal, hərəyə 200 lisenziya xalı və 1500 dollar qazanacaqlar.

“Böyük dəbilqə” Azərbaycan Cüdo Federasiyasının yeni rəhbərliyinin təşkilatçılığı ilə ilk böyük turnir olacaq. Azərbaycanı bu turnirdə 27 kişi və 3 qadın cüdoçu təmsil edir.

Yarışın birinci günündə on idmançımız mübarizəyə qoşulub.

Onlar arasında 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Tərlan Kərimov bürünc medala sahib olub. İdmançımız üçüncü yer uğrunda həlledici qarşılaşmada Belçika təmsilçisi Kennet van Qansbekeni məğlubiyyətə uğradıb. Görüşün əvvəlində cüdoçumuz cərimə xalı alsa da, sonda rəqibinə ipponla qalib gəlib.

Qeyd edək ki, bu, Azərbaycan milisinin turnirdə qazandığı ilk medaldır.

Digər cüdoçumuz İlqar Müşkiyev (60 kq) isə 7-ci pillədə qərarlaşıb.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>