• USD 1,7001 +0,01% EUR 1,9983 -0,15%
    • GBP 2,2653 -0,11% RUB 0,0287 -0,35%

“Qarabağ” kubokun sahibi oldu - FOTO

  • İdman
  • 25 May 2016 23:12
  • 1 007 Baxış
“Qarabağ” kubokun sahibi oldu - FOTO

Mayın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” və “Neftçi” futbol komandaları arasında Azərbaycan kuboku yarışlarının final oyunu keçirilib. Finalda minimal hesabla qalib gələn Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun qalibi olub.

Baş hakim Fariz Yusifov idarə etdiyi oyunda “Qarabağ”ın start heyətində meydana İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Reynaldo, Dani Kintana, Rəşad Sadıxov, Riçard Almeyda, Ansi Aqoli, Bədəvi Hüseynov və Mahir Mədətov çıxıblar.

“Neftçi”nin ilk on birliyində Aqil Məmmədov, Kamal Qurbanov, Elvin Bədəlov, Jayro, Rahil Məmmədov, Məqsəd İsayev, Erik Ramos, Rəhman Hacıyev, Elşən Abdullayev, Araz Abdullayev və Ruslan Qurbanov yer alıblar.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşün birinci hissəsində hesab açılmayıb. Komandaların cəhdlərinə baxmayaraq, ikinci hissədə də qapılara top vurulmayıb. Əsas vaxtda qalib müəyyənləşmədiyi üçün əlavə vaxt oynanılıb. Əlavə olunmuş vaxtın sonuncu dəqiqəsində “Qarabağ”ın futbolçusu Miçel hesabı açıb.

Beləliklə, görüş 1:0 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatıb. Ardıcıl iki ildir Azərbaycan Premyer-liqasının da qalibi olan “Qarabağ” klubu “Qızıl dubl” edib.

Mükafatlandırma mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirak ediblər. Rövnəq Abdullayev kuboku “Qarabağ”ın kapitanı Rəşad Sadıqova təqdim edib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>