• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Saqqal məsələsi” gündəmdə - FİLA təkcə azərbaycanlıya “qadağa” qoyub? - FOTOLAR

  • İdman
  • 5 Aprel 2014 15:18
  • 2 878 Baxış
“Saqqal məsələsi” gündəmdə - FİLA təkcə azərbaycanlıya “qadağa” qoyub? - FOTOLAR

Avropa çempionu Elçin Əliyevin saqqal saxladığına görə güləş üzrə milli komandadan uzaqlaşdırıldığı barədə məlumat vermişdik. İdmançıdan saqqalını qırxmağı tələb edirdilər.

Bu məsələ idman ictimaiyyəti arasında böyük ajiotaj doğurdu. Sonradan Azərbaycan Güləş Federasiyasından bildirdilər ki, məsələ həll olunub, idmançı saqqalı da güləşə bilər.

Daha sonra Publika.Az məlumat əldə etdi ki, problem həll olunmayıb və güləşçi karyerasını bitirmək qərarına gəlib.

Güləşçiyə bildirilib ki, saqqalı güləşməyi Beynəlxalq Güləş Federasiyası (FİLA) icazə vermir. İdmançımızın özü də saytımıza açıqlamasaında məlumatı təsdiqləmişdi:

“Karyeramı başa vurmaq qərarına gəldim. Qərarım qətidir. FİLA-dan yerli federasiyaya bildirildi ki, saqqalı güləşmək olmaz”. (http://publika.az/p/12578 )

Maraqlıdır, FİLA-nın “saqqal məsələsi” yalnız AGF-yə aiddir?

Belə ki, Finlandiyanın Vantaa şəhərində keçirilən güləş üzrə Avropa çempiontında güləşən iki türk güləşçinin görünüşü azərbaycanlı idmansevərləri də təəccübləndirib.

Onlanrın saqqallı güləşməsi diqqət çəkib. Çempionatın gümüş medalını boyunundan asan Servet Coşkun (65kq) və 3-cü yerin sahibi Soner Demirtaş (74kq) saqqalı olmasına baxmayaraq bu mötəbər turnirdən uzaq qalmayıblar. Türkiyə Güləş Federasiyası onların döşək üzərinə çıxmasına heç bir maneə yaratmayıb.

Bu da onu göstərir ki, əslində FİLA saqqal məsələsinə qarışmır, Elçin Əliyevlə bağlı problem daxildən qaynaqlanır.

Bu isə onu sübut edir ki, ikiqat Avropa çempionun - özünün dediyi kimi Fərid Mansurov və Rovşən Bayramov kimi güləşçilərlə çiyin-çiyinə güləşmiş idmançının uzaqlaşdırılmasında başqa məqsədlər var.

Hətta saytımızda da bu barədə məlumat yazmışdıq.

Xatırladaq ki, bu xəbər yayılan ərəfədə Publika.Az-ın əldə məlumatda bildirilirdi ki, idmançı millinin iranlı baş məşqçisi Çəmşid Xeyrabadinin tələbi ilə komandadan uzaqlaşdırılıb. Elçin Əliyevin sələfi təriqətinə inanc gətirməsi şiə olan iranlı məşqçinin təpkisi ilə qarşılanmışdı. Nəticədə idmançı qadağaya məruz qalmışdı.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR