Çempionlar Liqası: Bütün oyunların icmalı - VİDEO
Bizi izləyin

İdman

Çempionlar Liqası: Bütün oyunların icmalı - VİDEO

Çempionlar Liqasının qrup mərhələsində 2-ci turdan 8 oyun keçirilib.

Çempionlar Liqasının qrup mərhələsində 2-ci turdan 8 oyun keçirilib.

Publika.az xəbər verir ki, mərkəzi oyun Dortmundda baş tutub. "Borussiya"nın qonağı olan "Real" hesabda 2 dəfə önə çıxsa da, meydan sahibləri tarazlığa nail ola bilib. Beləliklə, "Kral klubu" Dortmunda ardıcıl 6-cı səfərindən qələbə ilə dönə bilməyib.

Daha 2 görüşdə 4 qol vurulub. Amma "Yuventus" və "Kopenhagen" rəqiblərini heç bir şans vermədən darmadağın edib.

Digər qarşılaşmalardan 3-də minimal hesablı qələbə qeydə alınıb. "Tottenhem" səfərdə MOİK-ə, "Lester" evdə "Portu"ya, "Sevilya" "Lion"a qalib gəlib. "Monako" "Bayer"ə məğlubiyyətdən son anda yaxa qurtarıb. "Sportinq" isə "Legiya"nı 2 dəfə məyus edib.

Çempionlar Liqası. Qrup mərhələsi, 2-ci tur

E qrupu

MOİK (Moskva, Rusiya) - Tottenhem (İngiltərə) 0:1

Hyunq-Min Son, 71

Monako (Fransa) - Bayer (Almaniya) 1:1

Kamil Qlik, 90+4 - Xavyer Ernandes, 73

Qrupda vəziyyət: "Monako" - 4, "Tottenhem" - 3, "Bayer" - 2, MOİK - 1.

F qrupu

Borussiya D (Almaniya) - Real (İspaniya) 2:2

Pyer-Emerik Obameyanq, 43. Andre Şürrle, 87 - Kriştianu Ronaldu, 17. Rafael Varan, 68

Sportinq (Portuqaliya) - Legiya (Polşa) 2:0

Brayan Ruis, 28. Bas Dost, 37

Qrupda vəziyyət: "Borussiya" - 4, "Real Madrid" - 4, "Sportinq" - 3, "Legiya" - 0..

G qrupu

Lester (İngiltərə) - Portu (Portuqaliya) 1:0

İslam Slimani, 25.

Kopenhagen (Danimarka) - Brügge (Belçika) 4:0

Stefano Densvill, 53-öz qapısına. Tomas Delani, 64. Federiko Santander, 69. Matias Yörgensen, 90+2

Qrupda vəziyyət: "Lester" - 6, "Kopenhagen" - 4, "Portu" - 1, "Brügge" - 0.

H qrupu

Sevilya (İspaniya) - Lion (Fransa) 1:0

Vissam Ben Yedder, 53.

Dinamo Z (Xorvatiya) - Yuventus (İtaliya) 0:4

Miralem Pyaniç, 24. Qonsalo İquain, 31. Paulo Dibala, 57. Adrian Şemper, 85-öz qapısına.

Qrupda vəziyyət: "Yuventus" - 4, "Sevilya" - 4, "Lion" - 3, "Dinamo" - 0.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm