“Barselona"nın prezidenti istefa verdi
Bizi izləyin

İdman

“Barselona"nın prezidenti istefa verdi

“Barselona"nın prezidenti istefa verdi

“Barselona"nın prezidenti Sandro Rossel istefa verib.

Publika.az-ın məlumatına görə, istefaya səbəb klub prezidentinin braziliyalı Neymarın transferi zamanı maliyyə fırıldağına əl atmaqda ittiham edilməsidi.

Mövsümün əvvəlində 57 milyon avroya Braziliya ”Santos”undan alınan gənc futbolçunun transferinin əslində 97 milyon avroya reallaşdığı və aradakı 40 milyonun Rosell tərəfindən mənimsənildiyi iddiaları günlərdi bütün İspaniyanı silkələməkdə idi.

Hər fürsətdə transferin 57 milyon avroya reallaşdığını söyləyən Sandro, təzyiqlər qarşısında müqavimət göstərə bilməyib və istefa verib. Onun Bakı vaxtı ilə gecə saatlarında istefasını mətbuat konfransı ilə rəsmən açıqlayacağı gözlənilir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm