APL: 17-ci tura yekun vuruldu - - VİDEO
Bizi izləyin

İdman

APL: 17-ci tura yekun vuruldu - - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulub.

Publika.az xəbər verir ki, bu gün iki oyun keçirilib. Günün ilk qarşılaşmasında "İnter Arena"da "Keşlə" "Sumqayıt"ı qəbul edib.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Turun son oyununda "Qarabağ" və "Kəpəz" komandaları üz-üzə gəlib.

"Azərsun Arena"dakı görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 85-ci dəqiqədə Riçard Almeyda vurub.

Xallarını 44-ə çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"dən 9 xal irəlidədir.

Azərbaycan Premyer Liqası, 17-ci tur

25 fevral

Keşlə - Sumqayıt 1:2

Qol: Rail Məlikov, 12-avtoqol -Tural Axundov, 3-pen. Rəşad Eyyubov, 90.

Qarabağ - Kəpəz 1:0

Qol: Riçar Almeyda, 85.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm