Argentina sevinir – O sağaldı
Bizi izləyin

İdman

Argentina sevinir – O sağaldı

Argentina sevinir – O, sağaldı

Argentina yığmasının məşqçilər korpusu sevindirici xəbər alıb.

Publika.az xəbər verir ki, Serxio Aquero Hollandiya ilə yarımfinal görüşü ərəfəsində zədəsini sağaldıb. Hücumçu Nigeriya ilə (3:2) oyunda əzələ zədəsi almışdı.

Əvvəlcə həkimlər bildirmişdilər ki, Aquero daha oynamayacaq. Amma futbolçu zədəni tam bərpa edə bilib. Bazar günü Serxio komanda ilə birgə məşqdə iştirak edib və ağrı hiss etmədiyini bildirib.

Argentina yığmasının həkimi Daniel Martines də futbolçunun sağaldığını təsdiqləyib:

“Serxio artıq 3 məşqə çıxıb. O, oynamağa hazırdı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm