İngilislər “Hafka”dan üzrxahlıq tələb edir
Bizi izləyin

İdman

İngilislər “Hafka”dan üzrxahlıq tələb edir

İngilislər “Hafka”dan üzrxahlıq tələb edir

“Hafka” ləqəbli azərbaycanlı iş adamı Hafiz Məmmədov İngiltərənin "Şeffild Uensdey" klubu ilə imzaladığı müqavilənin şərtlərini yerinə yetirə bilmədi.

Bu səbəbdən müqavilə qüvvədən düşmüş hesab olunub. Ancaq məsələ yenidən müzakirə oluna bilər. Publika.az xəbər verir ki, bu barədə klub prezidenti Milan Mandariç yerli mətbuata açıqlamasında bildirib. Mandariç bu anlaşmanı yenidən götür-qoy edə biləcəklərini bildirib:

“Cənəb Məmmədovdan geniş açıqlama və üzrxahlıq gözləyirik. Bundan sonra bu məsələni yenidən götür-qoy edə bilərik. Amma hazırda öz işimizlə məşğuluq”.

Mandariç klub üçün yeni səhmdar axtarışında olduqlarını və hələ ki, real təklif almadıqlarını deyib.

Onu da qeyd edək ki, "Şeffild Uensdey"in prezidenti “Azərbaijan land of fire” titul sponsorluğundan imtina etməyəcəklərini bildirib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm