"Qarabağ" "Livorno"nun hücumçusu ilə anlaşdı - VİDEO
Bizi izləyin

İdman

"Qarabağ" "Livorno"nun hücumçusu ilə anlaşdı - VİDEO

Ölkəmizi Avropa Liqasının qrupunda təmsil edən “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

Publika.az xəbər verir ki, Ağdam klubu İtaliya B Seriyasında çıxış edən “Livorno”nun hücumçusu İnnosent Emeqara ilə razılıq əldə edib.

Artıq 25 yaşlı nigeriyalı bu gün Bakıya gəlib və klubun Suraxanıdakı bazasında olaraq, rəhbərliklə görüşüb, rəsmi müqaviləyə imza atıb. Sadəcə, hazırda bayram günü olduğu üçün müqavilənin notariusda təsdiqlənməsi bazar ertəsinə qalıb.

Qeyd edək ki, Nigeriya millisinə də dəvət alan Emeqara İtaliya çempionatının A Seriyasında da 47 oyunda meydançaya çıxıb və 11 qola imza atıb.

Emeqaranın “Qarabağ”la azad agent statusu ilə razılıq əldə etdiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm